Elşən İsmayılov: İnanırıq ki, komandalarımız qalib gələcək
27.02.2012 - 16:55
“4 komandamızdan hansınınsa finala çıxacağına inanıram. Biz bu mövsüm öz sözümüzü deməliyik”. Apasport.az saytının məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Voleybol Federasiyasının baş katibi Elşən İsmayılov deyib.
Qurum rəsmisi Bakı klublarının avrokuboklardakı çıxışı ilə bağlı fikirlərini açıqlayıb. O bildirib ki, fevralın 28-29-da komandalarımızı ciddi sınaq gözləyir: “Bildiyiniz kimi, “Azərreyl” Çempionlar Liqasının, “Bakı” və “Lokomotiv” “Çelenc Cup”ın 1/4 final mərhələsində səfərdə məğlub olublar. Paytaxtımızda baş tutacaq cavab oyunları çox həyəcanlı olacaq. Lakin inanırıq ki, komandalarımız qalib gələcək. “Rabitə”nin də səfərdə revanş edəcəyinə də ümid var. İlk matçla müqayisədə zədəli voleybolçuları sıraya dönüblər”.
İsmayılovun sözlərinə görə, “İdman ili”nin elan olunduğu 2012-ci ildə Çempionlar Liqasının “Dördlər finalı”nın Bakıda keçirilməsi böyük bayram olacaq və həlledici mərhələdə Azərbaycan klublarının iştirakına ümid böyükdür: “Bu bayram martın 23-dən 26-dək olacaq. Artıq bu məqsədlə Avropa Voleybol Konfederasiyasının rəsmiləri Bakıya səfər ediblər və oyunların Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilməsinə razılıqlarını veriblər. Biz də komandalarımızın “Dördlər finalı”nda iştiraklarını böyük ümidlə gözləyirik”.
Baş katib həmçinin bildirib ki, ilk matçda Kazanda 1:3 hesabı ilə uduzan “Azərreyl” klubu haqqında Rusiya Kütləvi İnformasiya Vasitələrində böhtan dolu materiallar efirə verilib və bunlar heç bir idman prinsiplərinə uyğun deyil: “Qonşu ölkənin idman jurnalistləri həqiqətə uyğun olmayan informasiyalar yaymağa başlayıblar. Məsələn, Kazan “Dinamo”sunun Bakıdakı oyunu ağır olacaq, hakimlər ev sahiblərinə simpatiya bəsləyəcək və s. Bəli, cavab görüşü həqiqətən çətin olacaq. Çünki komandamızın əsas məqsədi “Dördlər finalı”na yüksəlməkdir. Lakin burada hansısa ədalət təmsilçisinin simpatiyası sadəcə böhtandır. Birincisi, Avropa televiziyalarında nümayiş etdiriləcək bu matçda hakimin idarəçiliyinə heç bir şübhə olmamalıdır. İkincisi isə bizim referilərə heç bir ehtiyacımız yoxdur. Baş məşqçimiz Faiq Qarayev yüksək səviyyəli mütəxəssisdir və o komandanı cavab oyununa lazımınca hazırlayıb. Voleybolçularımız isə güclüdür. Bunun üçün öz sözümüzü deyəcəyimizə hamımız inanırıq. Halbuki, Rusiyada bizə qarşı yan xətt hakimləri kifayət qədər qanun pozuntularına yol verdilər. Fikirləşin, baş hakim onların 10-a yaxın qərarını ləğv etdi. Amma cavab matçında belə hal müşahidə olunmayacaq. Biz öz oyunumuzla qalib gələcəyik və yolumuza davam edəcəyik”.
İsmayılov “Azərreyl”in qələbəsi üçün azarkeşlərə də səslənib: “Hamını sabah Bakı İdman Sarayında keçiriləcək oyuna dəvət edirik. Gəlsinlər, komandamızın qələbəsində pay sahibi olsunlar və onları dəstəkləsinlər”.

0
0