“Bakı”nın arzusu
27.02.2012 - 18:33
Sabah “Çelenc Cup”ın 1/4 final mərhələsinin cavab matçlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə “Bakı” Rusiyanın “Omiçka” klubunu qəbul edəcək.
Oyun Ancelo Vercesinin yetirmələri üçün heç də asan keçməyəcək. Çünki avrokubokda debüt edən paytaxtın eyniadlı klubu öncə ilk matçda 2:3 hesablı məğlubiyyətin əvəzini çıxmalı, ardınca “Qızıl set”i də qazanmalıdır. Düzdür, “Bakı” voleybolçuları bunu reallaşdırmaq gücündədirlər. Hətta onlar Omskda keçirilən matçda da qələbə qazana bilərdilər.
Lakin Omsk təmsilçisinin də çox güclü olduğunu söyləsək, yanılmarıq. Çünki Rusiya Super Liqasında güclü komandaların qənimi olan “Omiçka” Bakıya mərhələ adlamaq üçün gəlir. Ötən mövsüm paytaxtımızda analoji yarışda “Lokomotiv”ə “Qızıl set”də uduzan ruslar bu dəfə matçın əsas vaxtında qalib gələrək, şanslarını “lotereya”ya saxlamaq istəmirlər. Amma “Bakı”nın təcrübəli voleybolçularının buna imkan verməyəcəyi, hətta mərhələ adlayacağı da gözləniləndir. Çünki debütantın qarşısına məhz finala yüksəlmək vəzifəsi qoyulub.
“Çelenc Cup”
1/4 final mərhələsi, cavab oyunu
28 fevral
20:30. “BAKI” (AZƏRBAYCAN) - “OMİÇKA” (RUSİYA)
Hakimlər: Dusan Doviçoviç (Slovakiya), Qyula Tillmann (Macarıstan)
Bakı İdman Sarayı
İlk oyun
“OMİÇKA” (RUSİYA) – “BAKI” (AZƏRBAYCAN) - 3:2 (25:20, 25:27, 27:29, 25:22, 15:11)

0
0