Ze Roberto: Bakıdakı qələbəyə görə “Dördlər finalı”na çox yaxınıq
28.02.2012 - 09:25
“Biz ötən həftə Bakıda idial bir oyun keçirdik və səfər qələbəsi ilə “Dördlər finalı”na çox yaxınıq”. Apasport.az saytının məlumatına görə, bunu “Fənərbaxça” voleybol klubunun baş məşqçisi Ze Roberto deyib.
Braziliyalı mütəxəssis Çempionlar Liqasının 1/4 final mərhələsinin “Rabitə” ilə cavab matçı barədə fikirlərini açıqlayıb. O bildirib ki, ilk oyunda 3:0 hesablı qələbə qazanmalarına baxmayaraq, diqqətli olmalıdırlar: “Çünki hər şey İstanbulda həll olunacaq. Biz 4 ən güclü arasına düşmək üçün lazım olan ikinci qələbəni də qazanmalıyıq. Qarşılaşmaya əla hazırlaşmışıq, Bakıdakı oyundan daha yüksəyini göstərmək istəyirik. Bunun üçün azarkeşlərimiz də salona gəlsinlər və bizlə birgə sevinsinlər”.
Qeyd edək ki, “Fənərbaxça” – “Rabitə” matçı sabah olacaq.

0
0