Hindistan yığmasının baş məşqçisi millimizlə oyundan danışdı
28.02.2012 - 09:43
Hindistan yığmasının baş məşqçisi Savio Medeyra millimizlə oyun barədə fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, o, yığmamıza 0:3 hesabı ilə uduzduqları oyundan komandasının pis təsir bağışlamadağını deyib.
“Komandam Omanla görüşə nisbətən Azərbaycana qarşı daha yaxşı çıxış etdi. Məğlub olsaq da, meydanda komanda şəklində yaxşı mübarizə apardıq. Şadam ki, gənc futbolçular özlərini yaxşı tərəfdən göstərə bildilər” – deyə Medeyra bildirib.
Onun fikrincə, buraxılan səhvlər komandaya baha başa gəlib: “Təəssüf ki, kobud səhvlərdən qollar buraxdıq. Ancaq belə yoldaşlıq görüşləri gənc futbolçuların təcrübə qazanmaları üçün çox vacibdir. Qarşıdakı görüşlərdə belə səhvlərə yol verməməliyik”.

0
0