“Qızıl set”in kölgəsində qalan qələbə - YENİLƏNİB
28.02.2012 - 19:45
“Qızıl set”in kölgəsində qalan qələbə - YENİLƏNİB
Bakının “Azərreyl” voleybol klubu bu gün Çempionlar Liqasında növbəti matçına çıxıb. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələri Bakı İdman Sarayında 1/4 final matçının cavab görüşündə Kazan “Dinamo”su ilə qarşılaşıb.

Matç voleybolçularımız üçün xüsusi əhəmiyyət daşıyıb. Çünki səfərdə baş tutan ilk matçda məğlubiyyət acısı yaşayan “Azərreyl” bu dəfə rəqibinə qalib gəlməklə yanaşı, “Qızıl set”i də qazanmalı idi.

Düzdür, Faiq Qarayevin komandası əsas matçı inamlı qələbə ilə başa vurub. Lakin onlar “lotereya”da bunun davamını gətirə bilməyiblər. Nəticədə ruslar 15:10 hesabı ilə qalib gələrək, Bakıda baş tutacaq “Dördlər finalı”na vəsiqə qazanan ilk klub olub. “Azərreyl” isə yarışı vaxtından əvvəl dayandırıb.

Çempionlar Liqası
1/4 final mərhələsi, cavab oyunu

28 fevral


“AZƏRREYL” (AZƏRBAYCAN) - “DİNAMO” (RUSİYA, KAZAN) - 3:0 (25:21, 25:23, 25:11)
Qızıl set: 10:15
Hakimlər: Arturo di Giakomo (Belçika), Aleksandros Varthalitis (Yunanıstan)
Bakı İdman Sarayı

İlk oyun: “DİNAMO” (RUSİYA, KAZAN) – “AZƏRREYL” (AZƏRBAYCAN) - 3:1 (22:25, 25:23, 25:22, 25:21)

Qeyd edək ki, Çempionlar Liqasındakı digər təmsilçimiz “Rabitə” sabah səfərdə “Fənərbaxça” ilə qarşılaşacaq. İlk oyun istanbulluların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.