“Bakı” yarımfinalda! - YENİLƏNİB
28.02.2012 - 22:08
“Bakı” yarımfinalda! - YENİLƏNİB
Bu gün “Çelenc Cup”ın 1/4 final mərhələsinin cavab matçlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə “Bakı” səfərdə 2:3 hesabı ilə uduzduğu Rusiyanın “Omiçka” klubunu qəbul edib.

Oyun Ancelo Vercesinin yetirmələri üçün kifayət qədər asan keçib. Avrokubokda debüt edən paytaxtın eyniadlı klubu əvvəl rəqibini 3 setdə məğlub edib. Ardınca isə bakılılar “Qızıl set”də də qalib gələrək “Omiçka” üçün qarşısıalınmaz olaraq yarımfinala yüksəliblər.

“Çelenc Cup”
1/4 final mərhələsi, cavab oyunu

28 fevral


20:30. “BAKI” (AZƏRBAYCAN) - “OMİÇKA” (RUSİYA) - 3:0 (25:22, 25:19, 25:21), qızıl set 15:9
Hakimlər: Dusan Doviçoviç (Slovakiya), Qyula Tillmann (Macarıstan)
Bakı İdman Sarayı

İlk oyun
“OMİÇKA” (RUSİYA) – “BAKI” (AZƏRBAYCAN) - 3:2 (25:20, 25:27, 27:29, 25:22, 15:11)

Qeyd edək ki, “Omiçka” ötən mövsüm digər təmsilçimiz “Lokomotiv” qarşısında aciz qalmışdı.