Yekaterina Qamova: Əsas məqsədimiz “Qızıl set”i qazanmaq idi
28.02.2012 - 20:01
Yekaterina Qamova: Əsas məqsədimiz “Qızıl set”i qazanmaq idi
“Biz həlledici setdə bütün gücümüzlə oynadıq. Bəxtimiz gətirdi ki, “Qızıl set” prinsipi var”. Apasport.az saytının məlumatına görə, bunu Kazan “Dinamo”sunun voleybolçusu Yekaterina Qamova deyib.

Dünyanın ən güclülülərindən hesab olunan ucaboylu rusiyalı hücumçu Çempionlar Liqasının 1/4 final mərhələsində “Azərreyl”lə oyundan sonra fikirlərini açıqlayıb. O, bildirib ki, Bakı təmsilçisi Kazandakı məğlubiyyətin qisasını alsa da, həlledici hissədə “Dinamo” daha yaxşı oynayıb: “3 setdə uduzsaq da, məqsəd bu deyildi. Əsas planımız “Qızıl set”i qazanmaq idi və buna nail olduğumuz üçün sevinirəm. Zalda səs-küy həddindən artıq idi. Biz buna hazır idik və bizə problem yaratmırdı. Çünki biz peşəkarıq və beynəlxalq səviyyədə çoxlu oyunlar keçirmişik. Ona görə də Bakıda belə atmosferin olacağını bildirdik. Bu belə də olmalı idi”.

Qeyd edək ki, “Azərreyl” “Qızıl set”də uduzaraq, mübarizəni dayandırıb.