“Başa düşürdük ki, bu matç “Azərreyl” üçün çox vacib idi”
28.02.2012 - 20:09
“Təbii ki, çox çətin oyun oldu. Ancaq əsas odur ki, məqsədimizə çatdıq. Bilirdik ki, Azərbaycan klubunu Bakıda məğlub etmək çox çətindir”. Apasport.az saytının məlumatına görə, bunu Rusiyanın “Dinamo” voleybol klubunun baş məşqçisi Rişat Qilyazutdinov deyib.
Təcrübəli mütəxəssis Çempionlar Liqasının 1/4 final mərhələsində “Azərreyl”i mübarizədən kənarlaşdırdıqdan sonra qələbənin sirrini açıqlayıb: “Düşünürəm ki, layiqli qələbə qazandıq. Başa düşürdük ki, bu matç “Azərreyl” üçün çox vacib idi. Çünki “Dördlər finalı” Bakıda keçiriləcək və bu səbəbdən rəqibimiz ora vəsiqə qazanmağı çox istəyirdi. Ancaq biz buna imkan vermədik və nəticəyə görə sevinirəm”.
Qeyd edək ki, ilk matçda 1:3 hesabı ilə uduzan “Azərreyl” Bakıda bunun qisasını alsa da, “Qızıl set”də məğlub olub.

0
0