“Nə qədər çalışsaq da, “Dinamo”nu məğlub edə bilmədik”
28.02.2012 - 20:14
“Nə qədər çalışsaq da, “Dinamo”nu məğlub edə bilmədik”
“Qızıl set”də əvvəlki kimi oynaya bilmədik”. Apasport.az saytının məlumatına görə, bunu “Azərreyl”in voleybolçusu Hizer Erin Brun Çempionlar Liqasının 1/4 finalında “Dinamo” (Kazan) ilə cavab görüşdən sonra deyib.

O bildirib ki, ikinci matçda Kazandakı məğlubiyyətin əvəzini çıxsalar da, “Qızıl set”də səhvlərinin qurbanı olublar: “Həlledici məqamda öz oyunumuzu nümayiş etdirə bilmədik. Qızlarda çox səhvlər var idi. Nə qədər çalışsaq da, rəqib komandanı məğlub edə bilmədik. Buna görə çox üzülürük”.