Vüqar Əliyev üzr istədi
28.02.2012 - 20:23
Vüqar Əliyev üzr istədi
“Matç gərgin keçdi. Çox təəssüf ki, öz səhvlərimizə görə “Dördlər finalı”na düşə bilmədik”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Azərreyl”in məşqçisi Vüqar Əliyevə məxsusdur.

Belə ki, “dəmiryolçular” Çempionlar Liqasının 1/4 final mərhələsinin “Qızıl set”ində uduzaraq mübarizəni dayandırdılar. Əliyev bunun üçün onları dəstəkləyənlərdən üzr istəyib: “İlk 2 setdə mübarizə çox gərgin getdi. Amma rəqib üçüncü hissədə gücünü qorudu. Görünür, taktikanı yaxşı qurdular və mərhələ adladılar. “Dördlər finalı”na yüksələ bilmədiyimiz üçün həm azarkeşlərimizdən, həm də oyuna gələn insanlardan üzr istəyirəm”.