Oksana Kovalçuk ən güclü olsa da...
28.02.2012 - 20:34
Oksana Kovalçuk ən güclü olsa da...
Çempionlar Liqasının 1/4 final mərhələsində “Azərreyl” (Azərbaycan) - “Dinamo” (Rusiya, Kazan) görüşünün qəhrəmanının adı məlum olub. Apasport.az saytının məlumatına görə, 3:0 hesabı ilə qalib gəldiyimiz cavab oyununda ən çox xalı Oksana Kovalçuk qazanıb.

O, “Azərreyl”in aktivinə 14 xal yazdırıb. Faiq Qarayevin digər yetirmələri Paulino De Souza Pereyra 13, Polina Rəhimova 10, Hizer Erin Brun 7, Sara Anzanello 5, Nutsara Tomkom 4, Karolina Kozek 3 və Piyanut Pannoy 1 xala sevinib.

Rəqibin heyətində isə Yekaterina Qamova yenə fərqlənib və o, “Azərreyl”dən 11 xal alıb.

Lakin oyunda 3:0 hesablı qələbəmiz mərhələ adlamağımıza kömək etməyib. Komandamız “Qızıl set”də məğlub olub.