Avropa “Rabitə”siz qaldı - YENİLƏNİB
29.02.2012 - 23:01
Avropa “Rabitə”siz qaldı - YENİLƏNİB
Bu gün Bakının “Rabitə” voleybol klubu Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, dünya çempionumuz evdə 0:3 hesabı ilə uduzduğu “Fənərbaxça”nın qonağı olub.

Bu oyunda qələbə Zoran Qayiçin yetirmələri üçün vacib olsa da, onlar bunu bacarmayıblar. Komandamız Bakıda olduğu kimi İstanbulda da 0:3 hesabı ilə uduzaraq, Avropanın ən nüfuzlu turniri olan Çempionlar Liqasında mübarizəni dayandırıb. Beləliklə, ölkəmizdə baş tutacaq “Dördlər finalı”nda Azərbaycan klubu olmayacaq.

Rəqib “Fənərbaxça” isə Kazan “Dinamo”sunun ardından Bakıda keçiriləcək həlledici mərhələdə iştirak hüququ qazanıb.

Çempionlar Liqası
1/4 final mərhələsi, cavab oyunu

29 fevral


“FƏNƏRBAXÇA” (TÜRKİYƏ) - “RABİTƏ” (AZƏRBAYCAN) - 3:0 (25:20, 25:17, 25:20)
Hakimlər: Lyubomir Kovaçeviç (Serbiya), Vittorio Sampaolo (İtaliya)
İstanbul, Burhan Fələk Voleybol Salonu

İlk oyun: “RABİTƏ” (AZƏRBAYCAN) – “FƏNƏRBAXÇA” (TÜRKİYƏ) - 0:3 (13:25, 24:26, 19:25)

Qeyd edək ki, bir gün öncə “Azərreyl” də Çempionlar Liqası ilə vidalaşmışdı.