“Fənərbaxça” ilə oyun öncəsi “Rabitə” daha bir mükafat qazandı - FOTO
29.02.2012 - 11:11
Bakının “Rabitə” voleybol klubu Çempionlar Liqasının 1/4 final mərhələsinin “Fənərbaxça” ilə cavab matçından öncə daha bir mükafata layiq görülüb. Apasport.az saytının məlumatına görə, 2011-ci ildə dünya və Azərbaycanın ən güclüsü adını qazanan, Çempionlar Liqasının gümüş mükafatına sahib olan paytaxt təmsilçisi bu dəfə Bakıdakı Qafqaz özəl Gimnaziyasında keçirilən “İlin ən yaxşıları” müsabiqəsinin qalibi seçilib.
12 nominasiya üzrə baş tutan sorğuda “Rabitə” “İlin ən yaxşı idman komandası” yarışmasında bütün rəqiblərini qabaqlayıb və birinci olub.
Qeyd edək ki, Bakı klubu bundan öncə Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və “ZƏFƏR-2011” mükafatı çərçivəsində “İlin Komandası” adını qazanmışdı. “Rabitə” “Fənərbaxça” ilə ikinci oyununa bu gün çıxacaq.

0
0