“Bakı”nı “çiynində gəzdirən” braziliyalı
29.02.2012 - 11:22
“Çelenc Cup”ın 1/4 final mərhələsinin “Bakı” (Azərbaycan) – “Omiçka” (Rusiya) matçında “Qızıl set”in ən yaxşı voleybolçusunun adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin 15:9 hesabı ilə qalib gəldiyi qarşılaşmanın qəhrəmanı Rafaella Kalloni olub.
Komandasının braziliyalı legioneri 5 xala sevinib.
Qeyd edək ki, ilk matçda 2:3 hesabı ilə uduzan “Bakı” cavab oyununda 3:0 hesabı ilə qələbə qazanıb. Ardınca onlar “Qızıl set”də də “Omiçka”dan güclü olaraq, yarımfinala yüksəliblər.

0
0