Əzmkarlıqla yarımfinalda! - YENİLƏNİB
29.02.2012 - 19:49
Bakının “Lokomotiv” voleybol klubu “Çelenc Cup”da bu gün növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” 1/4 final mərhələsinin cavab görüşündə Çexiyanın “Brno” komandası ilə qarşılaşıblar.
Oyunun komandamızın əzmkar qələbəsi ilə yekunlaşıb. Düzdür, “Lokomotiv” öncə Çexiyadakı 2:3 hesablı məğlubiyyətin revanşını asanlıqla alıb. Lakin bunun ardınca cütün taleyini həll edən “Qızıl set” gərgin mübarizə şəraitində keçib. “Lotereya”da rəqib hətta 5 top öndə olsa da (11:6), voleybolçularımız hesabda tarazlıq yaradıb və önə də keçiblər – 13:12.
Amma məğlubiyyətlə barışmaq istəməyən “Brno” yenidən hesabı bərabərləşdirib. Bundan sonra görüş xalaxal prinsipi ilə davam edib. Yekunda “Lokomotiv” əzmkar oyun nümayiş etdirərək, inamlı qələbə sayəsində yarımfinala yüksəlib.
“Çelenc Cup”
1/4 final mərhələsi, cavab oyunu
29 fevral
“LOKOMOTİV” (AZƏRBAYCAN) - “BRNO” (ÇEXİYA) - 3:0 (25:19, 25:19, 25:15)
Qızıl set: 20:18
Hakimlər: Mioara Veronika Papadopol (Rumıniya), Nikolay Xiznikov (Rusiya)
Bakı İdman Sarayı.
İlk oyun: “BRNO” (ÇEXİYA) – “LOKOMOTİV” (AZƏRBAYCAN) - 3:2 (30:28, 16:25, 25:20, 20:25, 15:12)
Qeyd edək ki, “Çelenc Cup”da digər təmsilçimiz “Bakı” bir gün öncə yarımfinala vəsiqə qazanıb.

0
0