Vladimir Kuzyutkin: “Bakı” obyektiv olaraq, bizdən güclü idi
29.02.2012 - 11:44
Vladimir Kuzyutkin: “Bakı” obyektiv olaraq, bizdən güclü idi
“Mən heç vaxt heç bir vəziyyətdə məğlubiyyətə görə qızları günahlandırmayacağam. Onlar təhqir olunmağı haqq etmirlər”. Apasport.az saytının məlumatına görə, bunu Rusiyanın “Omiçka” voleybol klubunun baş məşqçisi Vladimir Kuzyutkin deyib.

Təcrübəli mütəxəssis “Çelenc Cup”ın 1/4 final mərhələsinin “Qızıl set”ində “Bakı”ya məğlubiyyətdə yetirmələrini qınamayıb. Onun sözlərinə görə, Azərbaycan klubu yarımfinala çıxmağa daha layiqdir: “Rəqib obyektiv olaraq, bizdən güclü idi. Yalnız məşqçinin gördüyü meydandakı hərəkətlərimizin nüanslarını komanda daxilində deyiləcək. Onu qeyd edim ki, biz müdafiədə çoxdandır belə pis oynamamışdıq. Oyun nizam-intizamı da yüksək deyildi. Ancaq hətta hadisələrin bizim üçün uğursuz alınması nəticəsində belə qızlardan heç kim təslim olmadı. Üstəlik, onlar belə idman qəzəbi göstərdilər! Allah eləsin ki, belə köklənmə Rusiya çempionatının final mərhələsində də saxlanılsın”.