“Hamı bilirdi ki, uduzacağıq”
01.03.2012 - 00:04
“Hamı bilirdi ki, uduzacağıq”
“Bakıda möhtəşəm atmosfer olacağını bilirdik. Oyunda da məğlubiyyətə hazır idik”. Apasport.az saytının məlumatına görə, bunu Çexiyanın “Brno” klubunun voleybolçusu İvona Svobodnikova deyib.

“Çelenc Cup”ın 1/4 final mərhələsinin cavab matçında Bakının “Lokomotiv” komandası əzmkar oyun nümayiş etdirib və “Qızıl set”də qalib gələrək, yarımfinala yüksəlib.

Svobodnikovanın sözlərinə görə, Brnoda 3:2 hesabı ilə qələbə qazandıqlarından ikinci qarşılaşmada ümidlərini yalnız “lotereya”ya bağlayıbmışlar: “Hamı bilirdi ki, uduzacağıq. Bunun üçün əsas məqsədimiz “Qızıl set”də qalib gəlmək idi və gücümüzü də buna qoruyurduq. Lakin cütün taleyini həll edən hissə çox çətin oldu. Bizi hətta qələbədən 1 xal ayırsa belə bunu qazana bilmədik. Artıq nə demək olar? “Lokomotiv” qalib gəlib və onları təbrik edirəm”.