“Biz finalda “Bakı”nı gözləyəcəyik”
01.03.2012 - 00:05
“Biz finalda “Bakı”nı gözləyəcəyik”
“Maraqlı oyun oldu və matça yaxşı hazırlaşmışdıq. Bilirdik ki, “Qızıl set” olacaq”. Apasport.az saytının məlumatına görə, bunu Bakının “Lokomotiv” klubunun voleybolçusu Aleksandra Samoylova deyib.

Rusiyalı legioner “Çelenc Cup”ın 1/4 final mərhələsinin “Brno” (Çexiya) ilə cavab matçda 3:0, ardınca “Qızıl set”də 20:18 hesabı ilə qalib gəldikləri oyuna münasibət bildirib: “Qızıl set” bir qədər çətin oldu, lakin buna baxmayaraq, qələbə qazandıq. Əsas heyətimizin oyunçusu Mariya Veronika Qomes zədəlidir. Hamımız qələbəmizi ona həsr edirik”.

Samoylova komandasının yarımfinal səddini keçəcəyinə də inanır: “Ötən mövsüm olduğu kimi yenə finala yüksələcəyimizə inanıram. Burada isə çox güman ki, “Bakı” ilə oynayacağıq. Yəni biz finalda onları gözləyəcəyik”.

Qeyd edək ki, “Brno” ilk matçda 3:2 hesablı qələbəyə sevinmişdi.