“İqtisadçı”nın voleybolçusu “Lokomotiv”in qələbəsinin sirrini açdı
01.03.2012 - 00:13
“Lokomotiv” bu oyuna həm psixoloji, həm də bir komanda olaraq çox gözəl hazırlaşmışdı. Bu da meydanda öz faydasını verdi”. Apasport.az saytının məlumatına görə, bunu “İqtisadçı”nın voleybolçusu Kristina Pastulova “Çelenc Cup”ın 1/4 final mərhələsinin “Lokomotiv” (Azərbaycan) - “Brno” (Çexiya) matçından sonra deyib.
Çexiyalı legioner həmyerlilərinin “Qızıl set”də məğlubiyyətini zəif oynamaları ilə əlaqələndirib: “Sonda çox gözəl oyun alındı. “Lokomotiv” güclü olduğu üçün qalib gəldi”.
Qeyd edək ki, “Lokomotiv” səfərdə 2:3 hesabı ilə uduzsa da, Bakıda 3:0 hesabı ilə qalib gəlib. Draqutin Baltiçin yetirmələri “Qızıl set”də də rəqiblərindən güclü olublar (20:18) və yarımfinala yüksəliblər.

0
0