“Bakı” Almaniya klubunu Azərbaycana gətirir
01.03.2012 - 00:09
“Bakı” Almaniya klubunu Azərbaycana gətirir
“Bakı” voleybol klubunun “Çelenc Cup”ın 1/2 final mərhələsində rəqibinin adı məlum olub. Apasport.az saytının məlumatına görə, Ancelo Vercesinin yetirmələri finala gedən yolda Almaniyanın “Zulh” komandası ilə qarşılaşacaqlar.

Rəqibimiz 1/4 finalın hər 2 oyununda “İllər Bankası”na (Türkiyə) qalib gəlməklə, mərhələ adlayıb.

Qeyd edək ki, “Bakı” ilk matçını martın 13-ü və ya 14-də səfərdə, cavab görüşünü isə martın 17-də və ya 18-də paytaxtımızda keçirəcək.