“Gent” Bakı klubu ilə oynayacaq
01.03.2012 - 09:40
Bakının “Lokomotiv” voleybol klubunun “Çelenc Cup”ın yarımfinal matçında rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” ötən mövsümkü uğurunu təkrarlamaq üçün Belçikanın “Gent” komandası ilə üz-üzə gələcəklər.
Rəqibimiz 1/4 mərhələsinin hər 2 matçında Polşanın “İmpel Qvardiya” klubunda güclü olub.
“Lokomotiv” ilk görüşünü martın 13-ü və ya 14-də səfərdə, cavab matçını isə martın 17-si və 18-də Bakıda keçirəcək.
Qeyd edək ki, “dəmiryolçular” ötən il “Çelenc Cup”ın finalında “Azərreyl”ə uduzmuşdu.

0
0