Ze Roberto: Biz “Rabitə”yə tam üstünlüklə qalib gəldik
01.03.2012 - 10:00
“Biz rəqibdən daha yaxşı oynadıq, bu səbəbdən də matçda tam üstünlüklə qalib gəldik”. Apasport.az saytının məlumatına görə, bunu “Fənərbaxça”nın voleybol klubunun baş məşqçisi Ze Roberto deyib.
Təcrübəli mütəxəssis Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab görüşündə də “Rabitə”yə 3:0 hesabı ilə qalib gəldikləri qarşılaşmada yetirmələrindən razı qalib. O bildirib ki, komandası möhtəşəm oyun nümayiş etdirib: “Voleybolçularımla qürur duyuram. Ancaq oyunumuzda bəzi səhvləri də düzəltməliyik. “Dördlər finalı”nda qalib gəlmək üçün meydanda bundan da artıq güc sərf etməliyik. Çünki biz möhtəşəm bir azarkeş ordusuna sahibik. Onlara da təşəkkür edirəm”.
Qeyd edək ki, “Rabitə” ilk oyunda da 0:3 hesabı ilə uduzduğundan Çempionlar Liqasında mübarizəni dayandırıb.

0
0