Aleks Azərbaycan çempionunun oyununu izlədi - FOTO
01.03.2012 - 10:30
Çempionlar Liqasının 1/4 final mərhələsində “Fənərbaxça” (Türkiyə) – “Rabitə” (Azərbaycan) matçı ulduzların da diqqətindən kənar qalmayıb. Apasport.az saytının məlumatına görə, İstanbulda baş tutan cavab oyununu “sarı-lacivərdlilər”in futbol komandasının braziliyalı kapitanı Aleks və basketbol klubunun amerikalı ulduzu Kappie Pondexter də canlı izləyib.
Onlar “Fənərbaxça”nın Azərbaycan çempionuna 3:0 hesabı ilə qalib gəldikləri matçda pərişan görünüblər. Bundan istifadə edən fanatlar hər 2 ulduzla şəkil çəkdirmək imkanı da qazanıblar.
Qeyd edək ki, “Rabitə” Bakıda da 0:3 hesabı ilə məğlub olduğundan növbəti mərhələyə yüksələ bilməyib.

0
0