Qələbə şərhi
01.03.2012 - 10:52
“Fənərbaxça” klubunun voleybolçusu Seda Tokatlıoğlu Çempionlar Liqasının 1/4 final mərhələsində “Rabitə” ilə cavab matçından sonra fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, komandasının kapitanı çox çətin bir vəzifənin öhdəsindən gəldiklərini və bu uğuru davam etdirmək arzusunda olduqlarını bildirib.
Tokatlıoğlunun sözlərinə görə, ardıcıl 3-cü dəfə “Dördlər finalı”na yüksəldiklərindən bu dəfə tilsimi qıracaqlar: “Bundan öncə çempion ola bilmədik. Lakin bu mövsüm əla yol qət edirik və bunun da səbəbi komanda oyunudur”.
Qeyd edək ki, “Fənərbaxça” hər 2 matçda qalib gələrək, Bakıda keçiriləcək “Dördlər finalı”na yüksəlib.

0
0