“Fənərbaxça” rəsmisi Bakı klubunun oyunundan danışdı
01.03.2012 - 11:04
“Fənərbaxça” rəsmisi Bakı klubunun oyunundan danışdı
“2 il “Dördlər finalı”nda oynadıq. Amma çempion ola bilmədik”. Apasport.az saytının məlumatına görə, bunu Türkiyənin “Fənərbaxça” klubunun İdarə Heyətinin üzvü Hakan Dinçay deyib.

O, Çempionlar Liqasının 1/4 final mərhələsində “Rabitə”yə hər 2 görüşdə 3:0 hesabı ilə qalib gəlmələrini yüksək qiymətləndirib. Dinçay bildirib ki, Bakı klubunu məğlub etməkdə elə də çətinlik çəkməyiblər: “İndi bir məqsədimiz qalıb. İnşallah, ardıcıl 3-cü çıxış edəcəyimiz “Dördlər finalı”ında qızıl medalları qazancağıq. Prezidentimiz Əziz Yıldırımla bərabər kuboku qaldırmaq istəyirik”.