“Bundan gözəl nəticə ola bilməz”
01.03.2012 - 11:28
“Bundan gözəl nəticə ola bilməz”
“Bundan gözəl nəticə ola bilməz. Ulduz voleybolçulardan ibarət bir komandanı hər 2 matçda 3:0 hesabı ilə məğlub etdik”. Apasport.az saytının məlumatına görə, bunu “Fənərbaxça” voleybol klubunun meneceri Violet Duca deyib.

O, Çempionlar Liqasının 1/4 final mərhələsində “Rabitə”ni mübarizədən kənarlaşdırmaqlarına münasibət bildirib: “Biz böyük bir ailə olduğumuzu yenə göstərdik. Hədəfimiz həmişəki kimi çempionluqdur. Prezidentimiz Əziz Yıldırımı finallarda yanımızda görmək istəyirik”.