Pelin Çelik: “Dinamo”ya uduzduğumuz həmin matça görə indi yanıram
01.03.2012 - 11:56
“Evdə möhtəşəm 1 oyun oynadıq”. Apasport.az saytının məlumatına görə, bunu “Azərreyl”in voleybolçusu Pelin Çelik deyib.
Türkiyəli voleybolçu “Azərreyl”in Çempionlar Liqasının 1/4 final mərhələsində Kazanın “Dinamo” klubuna “Qızıl set”də uduzmalarına hələ də təəssüf edir. Çelikin sözlərinə görə, onlar səfərdə baş tutan ilk oyunda belə Rusiya təmsilçisinə qalib gələ bilərdilər: “Kazanda məğlub olduğumuz həmin matça görə indi yanıram. “Qızıl set”in əvvəlində isə xırda 1-2 səhv etdik və rəqib bundan yararlandı. Bu həqiqətən çox üzücüdür. Çünki növbəti mərhələyə çox yaxınlaşmışdıq”.
“Azərreyl”in Bakıdakı cavab oyununda 3:0 hesablı qələbəsini və “Qızıl set”də 10:15 hesablı məğlubiyyətini türkiyəli legionerimizin anası ilə bacısı da İdman Sarayında canlı izləyib. Onlar görüşdən sonra gözləri dolan Çelikə təsəlli də veriblər.
“Azərreyl”in toppaylayıcısı doğmaları üçün darıxdığını da etiraf edib: “Onlar bir həftə Bakıda qalacaqlar. Gəldiklərinə görə çox sevinirəm. Onları çox gözləmişdim”.

0
0