“Katya coşdu və “Azərreyl”in daşını-daş üstə qoymadı” - MÜSAHİBƏ
01.03.2012 - 12:23
“Katya coşdu və “Azərreyl”in daşını-daş üstə qoymadı” - MÜSAHİBƏ
Kazanın “Dinamo” klubunun voleybolçusu Regina Moroz Çempionlar Liqasının 1/4 final mərhələsində “Azərreyl”ə “Qızıl set”də qalib gəldikləri oyunla bağlı yerli mətbuata müsahibə verib. Apasport.az saytının məlumatına görə, Rusiya təmsilçisinin blokçusu mərhələ adlayacaqlarına inandıqlarını və güclü rəqibə qalib gəldiklərini bildirib. O, söhbətə Bakıya gəlməzdən öncə Rusiya Super Liqasında uduzduqları oyundan başlayıb.

- “Azərreyl”lə cavab qarşılaşması öncəsi “Dinamo” “Proton”a uduzdu. Bu məğlubiyyət komandanı ayıltdı və hirsləndirdi. Biz zəif mövqelərimizi gördük, öz səhvlərimiz nəticə çıxarıb fikirləşdik ki, axıra kimi oynamaq lazımdır. Bu səbəbdən Bakıya “Dördlər finalı”na vəsiqə qazanmaq üçün yollanmışdıq və öz gücümüzə inanırdıq.

- Lakin “Qızıl set”i nəzərə almasaq, cavab qarşılaşmasında “Dinamo”nun oyunu alınmadı. Bu niyə belə oldu?
- Bizdə qorxu yox idi. Bu, dəqiqdir. Biz bilirdik ki, Bakıda komandamızı güclü rəqib və “Azərreyl”in hay-küylü azarkeşləri gözləyir. Bunlar hamısı bizə qarşı olacaqlar. Buna görə də biz oyuna “Qızıl set” də daxil olmaqla köklənmişdik. Düzdür, matçın özü komandamız üçün yaxşı alınmadı. Lakin həlledici setdə hamımız maksimum gücümü ortaya qoyduq.

- Hakimlər “Azərreyl”ə kömək edirdilərmi?
- Biz gözlədiyimizdən az. Bir neçə səhv oldu, lakin demək olmaz ki, ədalət təmsilçiləri Azərbaycan komandasına açıq-aşkar simpatiya bəsləyirdi. Zaldakı fanatları rəqibi fantastik dərəcədə dəstəkləyirdilər. Lakin Saratovda “Proton”un azarkeşləri bizi bu cür şəraitə hazırlaşdırmışdılar.

- “Azərreyl” Kazandakı oyunla müqayisədə sizi təəccübləndirdimi?
- Bir o qədər də yox. Onlar əla müdafiə olunurdu, çox səliqəli oynayırdılar. Lakin ilk 2 seti biz öz səhvlərimizə görə uduzduq. Üçüncü hissədə isə demək olar ki, mübarizə aparmırdıq. “Qızıl set”ə köklənirdik. Öz oyunumuzu tapmağa çalışırdıq və buna nail olduq.

- “Azərreyl”in lideri Polina Rəhimova cavab matçında cəmi 10 xal topladı. Siz onu necə dayandıra bildiniz?
- Polina əla mövsüm keçirir, lakin həlledici oyunlarda təcrübəsi azdır. Hansısa anda o səhv etməyə başladı və onu əvəzlədilər. Oyundan öncə bir çoxları Polina Rəhimovanı Yekaterina Qamova ilə müqayisə edirdilər. Oyun hər şeyi göstərdi. Lazım olan anda Katya coşdu və “Azərreyl”in daşını-daş üstə qoymadı. Ümumiyyətlə, “Qızıl set”i bütün komandamız çox əla keçirdi. Həlledici hissədə “Dinamo” rəqibi blokda, müdafiədə, ümumilikdə bütün oyun komponentlərində üstələdi.

- “Dördlər finalı” Bakıda keçiriləcək...
- Əsas odur ki, biz yenidən Bakıya gələcəyik (gülür). Əlbəttə, azərbaycanlılar “Azərreyl” – “Rabitə” yarımfinalını gözləyirdilər. Bunun əvəzində isə “Dinamo” – “Fənərbaxça” oyunu olacaq. Axı, idmanda həmişə qalib gəlmək olmur.