“Dördlər finalı”nın bütün iştirakçıları dəqiqləşdi
02.03.2012 - 10:15
Qadın voleybolçular arasında Çempionlar Liqasının Bakıda keçiriləcək “Dördlər finalı”nda bütün iştirakçılar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Azərreyl” və “Rabitə”nin vidalaşdığı həlledici mərhələdə “Dinamo” (Rusiya, Kazan) “Fənərbaxça” (Türkiyə) ilə, “Kann” (Fransa) “Villa Kortese” (İtaliya) ilə qarşılaşacaq.
Heydər Əliyev adına İdman-Konsert Kompleksində baş tutacaq yarımfinal matçları martın 24-də, mükafatlar uğrunda görüşlər isə bir gün sonra keçiriləcək.
Qeyd edək ki, Çempionlar Liqasının son qalibi “Vakıfbank TTelekom” (Türkiyə) “Kann”a “Qızıl set”də uduzub.

0
0