Bakı klublarının fiaskosu 9 il əvvəli yada saldı
02.03.2012 - 10:36
Qadın voleybolçular arasında Çempionlar Liqasında (ÇL) nadir hadisə qeydə alınıb. Apasport.az saytının məlumatına görə, 1961-ci ildən start götürən və 1972-ci ildən “Dördlər finalı” ilə qalibi müəyyənləşən yarışda az təsadüf olunan olayın antiqəhrəmanları Azərbaycan klubları olub.
Bu, “Dördlər finalı”nı təşkil edən Azərbaycanın ÇL-dəki hər 2 təmsilçisinin mübarizəni dayandırmasından sonra gerçəkləşib. Belə ki, “Azərreyl” 1/4 final mərhələsində “Dinamo”ya “Qızıl set”də, “Rabitə” isə “Fənərbaxça”ya hər 2 matçda uduzmaqla, Avropanın ən nüfuzlu turniri ilə vidalaşıb. Bununla da “Dördlər finalı”nın Azərbaycan komandası olmadan keçirilməsi rəsmiləşib.
Hərçənd, son 8 ildə təşkilatçının kənarda qalmasına təsadüf olunmamışdı. Axırıncı belə hadisə 2002/2003 mövsümündə yaşanmışdı. O vaxt “Dördlər finalı”na ev sahibliyi edən Polşa 4 xarici klubun mübarizəsinə şahid olmuşdu. Belə ki, həmin vaxt həlledici mərhələdə “Uraloçka” (Rusiya), “Foppapedretti”, “Modena” (hər ikisi İtaliya) və “Kann” (Fransa) kubok uğrunda oynamışdılar. Polşanın təmsilçisi “Pila” qrup mərhələsinin qalibi olsa da, 1/4 finalda Rusiya komandası qarşısında aciz qalmışdı.
Maraqlıdır ki, 9 ildən sonra eyni hadisənin yaşanmasında yenə rusların “əli olub”. Həmin vaxt neytral meydanda çıxış edən yalnız “Kann” yenə meydan sahibinin klubu olmayan ölkədə qalib adı uğrunda yarışacaq.
Qeyd edək ki, Bakıdakı “Dördlər finalı”na “Dinamo” (Rusiya, Kazan), “Fənərbaxça” (Türkiyə), “Kann” (Fransa) və “Villa Kortese” (İtaliya) vəsiqə qazanıb.

0
0