2 dəfə təxirə salınan tur start götürür
02.03.2012 - 14:31
Sabah kişi basketbolçular arasında Azərbaycan çempionatının II dövrəsinin son oyunları baş tutacaq. Apasport.az saytının məlumatına görə, 2 dəfə təxirə salınan IX turun oyunları ilə çempionatda fasilə yaranacaq.
Artıq pley-off mərhələsinə yüksələn komandalar müəyyənləşdiyindən bu matçlar elə də əhəmiyyət daşımayacaq.
Günün ilk matçında BDU “NTL-Tudor”u sınağa çəkəcək. Bu oyunda özü üçün pley-offa vəsiqəni təmin edən ikincilərin qalib gələcəkləri sözsüzdür. Çünki hələ qələbə üzünə həsrət qalan “tələbələr”ın sonuncu oyunlarında sensasiyaya imza atması gözlənilməzdir.
“Araz” – “Çağ Öyrətim” qarşılaşmasında isə Naxçıvan təmsilçisinin xal itirəcəyi inandırıcı deyil. “Qala”nın da “AZTOP”a asan qalib gələcəyi proqnozlaşdırılır. Çünki debütant hesabat turunda mərhələ adlamaq şansını itirdiyindən həvəssiz oynayacaq.
IX turun təxirə salınan oyunları
3 mart
14:00. BDU - “NTL-Tudor”
İlk oyun: NTL-Tudor – BDU – 79:53
15:30. “Qala” - “AZTOP”
İlk oyun: AZTOP – “Qala” - 72:79
17:00. “Araz” – “Çağ Öyrətim”
İlk oyun: “Çağ öyrətim” - “Araz” - 43:88
Qeyd edək ki, pley-off mərhələsində “Araz” “NTL-Tudor”la, “Qala” isə “Çağ Öyrətim”lə qüvvəsini sınayacaq.

1. | Araz | 9 | 9 | 0 | 939-554 | 18 |
2. | Qala | 9 | 6 | 3 | 700-499 | 15 |
3. | Çağ Öyrətim | 9 | 5 | 4 | 596-638 | 14 |
4. | NTL-Tudor | 9 | 4 | 5 | 645-551 | 13 |
5. | AZTOP | 9 | 3 | 6 | 620-656 | 12 |
6. | BDU | 9 | 0 | 9 | 429-920 | 9 |

0
0