15 günlük fasilə bitdi - AFİŞA
03.03.2012 - 00:01
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında 15 günlük fasiləyə yekun vurulur. Apasport.az saytının məlumatına görə, sabah XI turun oyunlarına start veriləcək.
“Sərhədçi” Olimpiya Mərkəzində baş tutacaq tur “Bakı” – “Lokomotiv Biləcəri” matçı ilə başlayacaq. Paytaxtın eyniadlı təmsilçisi oyunun aşkar favoritidir. Onlar ilk matçda olduğu kimi, bu dəfə də “quru hesabla” qalib gələcəkləri gözlənilir.
Günün ikinci matçı “Lokomotiv”lə “Rabitə” arasında olacaq. Son Azərbaycan çempionunun “dəmiryolçular”la görüşdə çətinlik yaşayacaqları inandırıcı deyil. “Rabitə”nin Çempionlar Liqasında məğlubiyyəti unutdurmaq üçün gözəl oyun nümayiş etdirəcəyi gözlənilir.
Lakin “Lokomotiv”in də müqavimət göstərməməyi inandırıcı deyil. Çünki “Çelenc Cup”ın yarımfinalına yüksələn və düşərgəsində gözəl ab-hava hökm sürən “dəmiryolçular” da qələbə arzusundadırlar.
Tura “İqtisadçı” – “Azərreyl” görüşü ilə yekun vurulacaq. Universitet komandası hələ də Çempionlar Liqasında məğlubiyyətin şokunu yaşayan Faiq Qarayevin yetirmələrini büdrədə bilərlər. Çünki ikinci dövrənin startında heyətini gücləndirən və çempionatda yaranan fasilədən maksimum yararlanan “İqtisadçı”nın hansı gücə malik olduğu bu matçda üzə gələcək.
XI tur
4 mart
14:00. “BAKI” – “LOKOMOTİV BİLƏCƏRİ”
İlk oyun: “LOKOMOTİV BİLƏCƏRİ” - “BAKI” - 0:3 (10:25; 19:25; 16:25)
16:00. “LOKOMOTİV” – “RABİTƏ”
İlk oyun: IV turdan təxirə salınıb və keçiriləcəyi tarix dəqiqləşməyib.
18:00. “İQTİSADÇI” – “AZƏRREYL”

1. | Bakı | 9 | 6 | 3 | 21-12 | 15 |
---|---|---|---|---|---|---|
2. | Rabitə | 7 | 7 | 0 | 21-1 | 14 |
3. | Azərreyl | 7 | 6 | 1 | 18-7 | 13 |
4. | İqtisadçı | 8 | 4 | 4 | 13-16 | 12 |
5. | Lokomotiv | 7 | 4 | 3 | 15-9 | 11 |
6. | Azəryolservis | 9 | 1 | 8 | 8-24 | 10 |
7. | Lokomotiv Biləcəri | 9 | 0 | 9 | 0-27 | 9 |
0
0