Liderlərdən asan qələbə
05.03.2012 - 10:16
Liderlərdən asan qələbə
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında 15 günlük fasiləyə yekun vurulub. Apasport.az saytının məlumatına görə, baş tutan XI turun 3 qarşılaşmasından sonra turnir cədvəlində dəyişiklik olmayıb.

Belə ki, “Sərhədçi” Olimpiya Mərkəzində keçirilən turun ilk matçında “Bakı” “Lokomotiv Biləcəri”ni sınağa çəkib. Paytaxtın eyniadlı təmsilçisi gözlənildiyi kimi asan qələbə qazanıblar. Hər 3 setdə rəqibindən üstün oynayan “Bakı” ilk dövrədə olduğu kimi bu dəfə də “quru hesabla” qalib gəlib.

Günün ikinci matçı “Lokomotiv”lə “Rabitə” arasında olub. Son Azərbaycan çempionu “dəmiryolçular”la görüşdə çətinlik çəkmədən növbəti 2 xalı aktivinə yazıb. Bununla da Çempionlar Liqasındakı məğlubiyyəti gözəl oyunla unutduran “Rabitə” hələ ki, Super Liqada xal itirməyən komanda adını qoruyub.
Tura “İqtisadçı” – “Azərreyl” görüşü ilə yekun vurulub. Universitet komandasının hələ də Çempionlar Liqasında məğlubiyyətin şokunu yaşayan Faiq Qarayevin yetirmələrini büdrədəcəyi gözlənilsə də, bu baş tutmayıb. Əvəzində “dəmiryolçular” ilk 2 oyundakı kimi 3:0 hesabı ilə qələbə qazanıblar.

XI tur
4 mart


“BAKI” – “LOKOMOTİV BİLƏCƏRİ” – 3:0 (25:19, 25:18, 25:19)
İlk oyun: “LOKOMOTİV BİLƏCƏRİ” - “BAKI” - 0:3 (10:25; 19:25; 16:25)

“LOKOMOTİV” – “RABİTƏ” – 0:3 (19:25, 20:25, 16:25)
İlk oyun: IV turdan təxirə salınıb və keçiriləcəyi tarix dəqiqləşməyib.

“İQTİSADÇI” – “AZƏRREYL” – 0:3 (16:25, 20:25, 24:26)
İlk oyun: IV turdan təxirə salınıb və keçiriləcəyi tarix dəqiqləşməyib.
1. Bakı 10 7 3 24-12 17
2. Rabitə 8 8 0 24-1 16
3. Azərreyl 8 7 1 21-7 15
4. İqtisadçı 9 4 5 13-19 13
5. Lokomotiv 8 4 4 15-12 12
6. Azəryolservis 9 1 8 8-24 10
7. Lokomotiv Biləcəri 10 0 10 0-30 10