Azərbaycan çempionatında fasilə yarandı
05.03.2012 - 10:22
Azərbaycan çempionatında fasilə yarandı
Kişi basketbolçular arasında Azərbaycan çempionatının II dövrəsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, 2 dəfə təxirə salınan IX turun oyunları ilə çempionatda yenidən fasilə yaranıb.

Düzdür, artıq pley-off mərhələsinə yüksələn komandalar müəyyənləşdiyindən bu matçlar elə də əhəmiyyət daşımayıblar.

Belə ki, günün ilk matçında BDU “NTL-Tudor”u sınağa çəkib. Bu oyunda özü üçün pley-offa vəsiqəni təmin edən ikincilər asanlıqla qalib gəliblər.

“Araz” – “Çağ Öyrətim” qarşılaşmasında isə Naxçıvan təmsilçisi yenə meydanı qələbə ilə tərk edib. Onlar bu dəfə 20 xal fərqi (73:53) ilə rəqiblərini məğlub ediblər.

“Qala” da “AZTOP”la görüşdə çətinlik çəkməyib və 92:60 hesablı qələbəyə sevinib.

IX turun təxirə salınan oyunları

BDU - “NTL-Tudor” – 46:58
İlk oyun: NTL-Tudor – BDU – 79:53

“Qala” - “AZTOP” – 92:60
İlk oyun: AZTOP – “Qala” - 72:79

“Araz” – “Çağ Öyrətim” – 73:53
İlk oyun: “Çağ öyrətim” - “Araz” - 43:88

1. Araz 10 10  0 1012-607 20
2. Qala 10 7  3 792-559 17
3. Çağ Öyrətim 10 55  649-711 15
4. NTL-Tudor 10 5 5 703-597 15
5. AZTOP 10 37  712-716 13
6. BDU 10  010  475-978  10


Qeyd edək ki, pley-off mərhələsində “Araz” “NTL-Tudor”la, “Qala” isə “Çağ Öyrətim”lə qüvvəsini sınayacaq.