Azərbaycan yığmasının hücumçusu Avropanın diqqət mərkəzində
05.03.2012 - 13:18
Azərbaycan yığmasının hücumçusu Avropanın diqqət mərkəzində
Qadın voleybolçular arasında Çempionlar Liqasının “Dördlər finalı” ərəfəsində ən yaxşılarının adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, qitənin ən möhtəşəm yarışı ilə “Rabitə” və “Azərreyl” vidalaşsalar da, “dəmiryolçuların” hücumçusu Polina Rəhimova Avropada diqqət mərkəzinə düşüb.

Azərbaycan milli komandasının da şərəfini qoruyan voleybolçu 10 matçın 26 setində 206 xalla bombardirlik mübarizəsində birinci pilləyə yüksəlib. Lakin “Azərreyl” “Dördlər finalı”nda iştirak etməyəcəyindən onun qalib olması inandırıcı deyil. Çünki Bakıda hələ 2 oyun keçirəcək “Fənərbaxça”dan Yeon-Kounq Kimlə “Villa Kortese”dən Sarah Ravan onu izləyirlər. Bu voleybolçular təmsilçimizdən müvafiq olaraq, 33 və 37 xal geri qalırlar.

Rəhimova həmçinin, topu oyuna daxil edənlərin siyahısında da ikincidir.

Digər voleybolçularımız isə ilk “üçlük”də yer ala bilməyiblər.

Ən çox xal toplayan

 Klubu Oyun sayı Set sayı Topladığı xal
1. Polina Rəhimova Azərreyl 10 36 206
2. Neslihan Darnel Əczaçıbaşı 8 35 192
3. Malqorzata Qlinka Vakıfbank TTelekom 10 38 174
...11. Natalya Məmmədova Rabitə 9 30 123
...14. Nataşa Osmokroviç Rabitə 8 23 119


Ən yaxşı blokçular

 Klubu Oyun sayı Set sayı Topladığı xal
1. Fabiana Klaudino Fənərbaxça 10 33 41
2. Yuliya MorozovaDinamo, Moskva83039
3. Maya Polyak Əczaçıbaşı 8 35 37
...12. Hizer Erin Brun Azərreyl 10 36 27
...14. Sara AnzanelloAzərreyl93326
15-16. Mira Qoluboviç Rabitə 10 34 24
Nataşa KrsmanoviçRabitə103424


Ən yaxşı top qəbul edənlər

  Klubu Oyun sayı Set sayı Düzgün qəbul (faizlə)
1. Güldən Kuzubasıoğlu Əczaçıbaşı 8 34 49,47
2. Marketa Çlumska Modranska 8 24 47,49
3. Debora Ortsçitt Myulhaus 6 19 47,20
...12. Valeriya Korotenko Azərreyl 10 36 39,78
...22. Silviya Popoviç Rabitə 9 30 34,19


Topu oyuna ən yaxşı daxil edənlər

  Klubu Oyun sayı Set sayı Topladığı xal
1. Bahar Toksoy Vakıfbank TTelekom 10 38 22
2. Polina Rəhimova Azərreyl 10 36 21
2. Aleksnadra Rose Klineman Skavolini 8 26 16


Ən yaxşı toppaylayıcılar

  Klubu Oyun sayı Set sayı Əla ötürmə (faizlə)
1. Anna Matyenko Dinamo, Moskva 4 14 41,38
2. Mariya Milena Radeçka Bank Fakro 8 29 38,95
3. Elif Önər Əczaçıbaşı8 34 37,71
...10. Nutsara TomkomAzərreyl61835,10
...12. Meri SpayserRabitə72134,51
13. İrina Jukova Rabitə 9 24 33,64
...16. Oksana Parxomenko Azərreyl 6 20 32,88