Təmsilçimizin komandası pley-offa yüksəlmək şansını itirdi
05.03.2012 - 17:25
Təmsilçimizin komandası pley-offa yüksəlmək şansını itirdi
Azərbaycan milli komandasının voleybolçusu Kseniya Kovalenkonun şərəfini qoruduğu “Kariparma” İtaliya A seriyasında növbəti matçını keçirib. Apasport.az saytının məlumatına görə, Parma təmsilçisi “Torino”nun qonağı olub.

Blokçumuzun fiziki problemlə bağlı ehtiyatda qaldığı oyunda ev sahibləri 3:1 (25-22; 20-25; 27-25; 25-14) hesabı ilə qələbə qazanıblar. 19-cu matçda 13-cü məğlubiyyət isə “Kariparma”nın pley-off mərhələsinə yüksəlmək şansının itirilməsinə səbəb olub.

Qeyd edək ki, aktivində 20 xalı olan Kseniyanın klubu 9-cu yerdədir.