Millimizin oyunlarının vaxtı dəqiqləşdi
06.03.2012 - 11:04
Millimizin oyunlarının vaxtı dəqiqləşdi
Qırğızıstanın Bişkek şəhərində kişi basketbolçular arasında keçiriləcək “Novruz-2012” beynəlxalq turnirdə Azərbaycan milli komandasının oyunlarının təqvimi açıqlanıb. Apasport.az saytının məlumatına görə, martın 17-21-də baş tutacaq yarışda Elxan Əliyevin yetirmələri ilk matçlarını ABŞ-ın AİA klubuna qarşı oynayacaqlar.

Turnirin ilk günündə baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Basketbolçularımız martın 18-də Qazaxıstanın “Kapşaqay” klubu ilə (saat 14:00), bir gün sonra Özbəkistan yığması ilə güclərini yoxlayacaqlar. Turnirin son 2 günündə isə müvafiq olaraq, rəqiblərimiz Rusiyanın “UrFU” komandası (saat 13:00) və Qırğızıstan millisi (13:00) olacaq.

Qeyd edək ki, Kojomkula İdman Sarayında baş tutacaq yarış dairəvi sistemlə keçiriləcək.