“Rabitə” zirvədə, “Azərreyl” çətin qələbə qazandı
07.03.2012 - 21:55
Azərbaycan Voleybol Federasiyasının (AVF) idman zalında qadın voleybol klublarının mübarizə apardığı superliqada 12-ci turun oyunları keçirilib. Apasport.az saytının xəbərinə görə, tura "Lokomotiv Biləcəri" - "Azəryolservis" matçı ilə start verilib. İlk setdə "dəmiryolçular" qalib gəlsə də, yekun nəticə "Azəryolservis"in qələbəsi olub - 3:1 (22:25, 25:19, 25:14, 27:25).
Bunun ardından münasibətləri ayırd etmək üçün "Rabitə"ylə "Bakı" meydana çıxıb. Turun mərkəzi oyununda qələbə qazanan çempion lideri devirməyə nail olub. Qarşılaşmanın birinci seti "Bakı"nın üstünlüyü ilə keçib - 25:19. İkinci set isə demək olar ki, tamamilə birincinin əksi olub. Setin əvvəlində 5 xallıq üstünlyü (13:8) olan "Rabitə" təşəbbüsü əldən vermədən seti 11 xal fərqiylə bitirib. Daha sonra 25:19 və 25:23 hesablarına sevinən "Rabitə" bu qələbə sayəsində birinci pilləyə yüksəlib.
Tura "Azərreyl" - "Lokomotiv" matçı ilə yekun vurulub. Faiq Qarayevin yetirmələri üçün matç çox çətin keçib. Belə ki, ilk setdə uduzan (22:25) "Azərreyl" ardınca rəqibə 15 xal verməklə qələbə qazansa da, yenidən geri düşüb. Üçüncü setdə 25:19 hesabına sevinən "Lokomotiv" bunun davamını gətirə bilməyib. Öncə 7 xallıq fərqlə set qazanıb hesabı bərabərləşdirən "Azərreyl" tay-brekdə də üstün olub - 15:13.
7 mart
XII tur
“LOKOMOTİV BİLƏCƏRİ” - “AZƏRYOLSERVİS” - 1:3 (25:22; 19:25; 14:25; 25:27)
İlk oyun: “AZƏRYOLSERVİS” – “LOKOMOTİV BİLƏCƏRİ” - 3:0 (25:11, 25:22, 25:18)
“RABİTƏ” – “BAKI” - 3:1 (19:25, 25:14, 25:19, 25:23)
İlk oyun: “BAKI” – “RABİTƏ” - 0:3 (16:25, 23:25, 18:25)
“AZƏRREYL” – “LOKOMOTİV” - 3:2 (22:25, 25:15, 19:25, 25:18, 15:13)
İlk oyun: “LOKOMOTİV” – “AZƏRREYL” - 2:3 (16:25, 25:23, 25:20, 23:25, 11:15)
1. Rabitə 9 9 0 27-2 18
2. Bakı 11 7 4 25-15 18
3. Azərreyl 9 8 1 24-9 17
4. Lokomotiv 9 4 5 17-15 13
5. İqtisadçı 9 4 5 13-19 13
6. Azəryolservis 10 2 8 11-25 12
7. Lokomotiv Biləcəri 11 0 11 1-33 11

0
0