Ruslardan millimizə namizəd futbolçunun gözəl qoluna şərh
12.03.2012 - 09:35
Azərbaycan milli komandasına namizəd olan futbolçu Emin Mahmudov Rusiyada fərqlənib. Apasport.az saytının məlumatına görə, 20 yaşlı yarımmüdafiəçi qış fasiləsində keçdiyi “Tom”da qol hesabını açıb. Ancaq bu, əsas yox, əvəzedici komandada olub. Belə ki, Emin Rusiyada əvəzedicilərin çempionatında “Volqa” ilə ev oyununda 9-cu dəqiqədə hesabı açıb. Ancaq bundan sonra 2 qol vuran qonaqlar əzmkar qələbəni bayram edib.
Hər halda, fasilədən dərhal sonra əvəzlənən Mahmudovun qolu rusların diqqətini cəlb edib. Belə ki, futbolçumuzun cərimə zərbəsindən topu düz “doqquzluğ”a göndərərək, gözəl qola imza atdığı, ancaq bunun meydan sahiblərinə xal gətirmədiyi qeyd olunub.
Qeyd edək ki, AFFA-nın rəsmi təklif göndərdiyi hələ ki Emin Rusiyanın 21 yaşlılardan ibarət yığmasında çıxış edir.

0
0