Türkiyə klubları 4 həmyerlilərimizlə maraqlanır
12.03.2012 - 16:04
Türkiyə Super Liqasının 3 klubu Azərbaycan yığmasının həndbolçularına elçi düşüb. Bu barədə məlumatı apasport.az saytına yığmamızın baş məşqçisi Hikmət Abdullayev verib.
Onun sözlərinə görə, yeni mövsümdən millimizin aparıcı oyunçuları – Hüseyn Qafarov, Emin Aydəmirov, Kamran Alxazov və İslam Süleymanov karyeralarını qonşu ölkədə davam etdirə bilərlər: Maltada “Çelenc Cup”da uğurlu çıxışımızdan sonra komandamızın bir neçə həndolçusu xarici klubların diqqət mərkəzinə düşüb. Artıq Türkiyənin 3 klubundan real təkliflər almışıq. İnşallah, bu mövsüm yekunlaşdıqdan sonra 4 oyunçumuz qonşu ölkəyə yollanacaq. Onlarla birbaşa deyil, baxışdan keçdikdən sonra müqavilə imzalanacaq”.
Abdullayev Super Liqa komandalarının adlarının açıqlanmasını hələ məqsədə uyğun saymayıb: “Gəlin, hələ buna tələsməyək. Bütün məsələlər dəqiqləşdikdən sonra klubların adları açıqlanacaq”.
Qeyd edək ki, hazırda “Trabzonspor”da yığmamızın üzvü Sergey Georgevski forma geyinir. Lakin 4 həndbolbolçumuzun bu komandaya getməyəcəkləri dəqiqdir.

0
0