“Mən də daxil olmaqla, bir çox menecerlər Bakıya gələcəyik”
13.03.2012 - 12:18
Martın 24-25-də Bakıda keçiriləcək qadın voleybolçular arasında Çempionlar Liqasının “Dördlər finalı”nı izləmək üçün bir çox ölkələrin menecerləri Azərbaycana gələcək. Bu barədə məlumatı apasport.az saytına “Azərreyl”in sabiq voleybolçusu Nisə Quliyeva verib.
Hazırda karyerasının başa vuran və Türkiyədə yaşayıb, menecerliklə məşğul olan Nisə bildirib ki, martın 20-də Bakıya gələcək: “Voleybolun ən gözəl anları “Dördlər finalı”nda yaşanır. Təbii ki, bu amil dünyanın bir çox menecerlərinin də diqqətini cəlb etməyə bilməz. Martın 20-də mən də daxil olmaqla, bir çox menecerlər Bakıya gələcəyik. Tərkib çox geniş olacaq. İnessa Qorxmaz və Yelena Şabovta da gəlir. Həmçinin, italiyalı menecer qrupunun da Azərbaycana gələcəyini dəqiq bilirəm”.

- Kəmalə Əsgərova U-18 Avropa çempionatının oyunlarına təyinat alıb
- Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edəcək
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
- “Möminə Xatun”dan yeni transfer
- Bakıda Avropa çempionatının kubokunun təqdimat mərasimi keçiriləcək
0
0