“Azərbaycan çempionatı çox populyarlaşıb”
13.03.2012 - 14:32
Türkiyə yığmasının və “Azərreyl” klubunun sabiq voleybolçusu Nisə Quliyevanın apasport.az saytına müsahibəsi
- 2010-cu ildə “Azərreyl”lə müqaviləniz bitdikdən sonra menecerliyə başladınız. Bu sahədə işləriniz necə gedir?
- Hər şey əladır. Əsasən türkiyəli voleybolçularla işləyirik. Əcnəbilərə gəlincə, onlardan bizə məxsus olanı olmasa belə, xarici menecerlər vasitəsilə tərəfdaş kimi çalışırıq.
- Azərbaycan klubları ilə necə, işbirliyiniz varmı? Ölkəmizdə meneceri olduğunuz voleybolçu oynayırmı?
- Təbii ki. Məsələn, amerikalılar - Hizer Erin Brunun “Azərreyl”ə, Nansi Metkalfın “Lokomotiv”ə keçidində yardımçı olmuşuq.
- Bəs azərbaycanlı voleybolçuları xarici klublara təklif edirsinizmi?
- Yox. Azərbaycandan oyunçu aparmırıq. Çünki əsas işimiz Türkiyədə yerli voleybolçularının transferlərinə hesablanıb.
- Son illər Azərbaycan Super Liqası Avropanın aparıcı çempionatlarından birinə çevrilib. Təcrübəli mütəxəssis kimi, Türkiyədən ölkə birinciliyimiz necə görünür?
- Əvvəlcə bildirməliyəm ki, hazırda çempionat mən “Azərreyl”də oynadığım illə müqayisədə çox güclənib. Çünki Super Liqa ulduz voleybolçuların gəlişi ilə artıq kifayət qədər populyarlaşıb. Bu səbəbdən də çempionat Avropanın aparıcı voleybolçularını özünə cəzb edə və qitədə gücündən söz etdirə bilir. Həmçinin, belə hal Azərbaycan voleybolunun səviyyəsini də çox yuxarı qaldırır.
- Türkiyədə yerli voleybolçuların transferi ilə məşğul olduğunuzu dediniz. Amma Azərbaycan voleybolunun yetirməsi barmaqla sayıla biləcək qədərdir. Bu səbəbdən də qonşu ölkə ilə müqayisədə biz limit tətbiq edə bilmirik və bu da gənclərin təcrübəsini artırmağa mane olur...
- Məncə, ulduzların Azərbaycana axını yerli voleybolçuların inkişafına mane olmur. Vaxtilə İtaliya və Türkiyə də bu yolla gedib. Çünki həmin gənclər təcrübəlilərlə həm oynayanda, həm məşq edəndə belə öz səviyyəsini 3-4 dəfə artırır. Yəni legioner axının Azərbaycan voleybolu üçün elə bir ziyanı yoxdur. Amma gənclər yaxşı forma yığdıqdan sonra limit məsələsinə baxıla və legioner sayı azala bilər.
- Azərbaycan klubların Çempionlar Liqasında çıxışını necə şərh edərdiniz? Həm “Azərreyl”, həm də “Rabitə”nin Bakıda keçiriləcək “Dördlər finalı”na yüksələ bilməməsini necə qarşıladınız?
- Sözün düzü, mənim üçün ən gözlənilməz məğlubiyyət “Rabitə”nin uduzmağı oldu. Çünki onlar 1/4 finalda “Fənərbaxça” qarşısında heç bir müqavimət göstərə bilmədilər. Belə bir komandanın qalib gəlməsi vacib idi. Amma “Azərreyl” barədə ciddi nəsə deyə bilməyəcəyəm. Sabiq komandamın bəxti gətirmədi, deyərdim. Çünki Kazanda 1:3 hesabı ilə uduzsalar da, Bakıda gözəl oyunla 3:0 hesabı ilə qalib gəldilər. Lakin “Qızıl set”də bəxt olmalı idi, bu da onlardan üz döndərdi.
- Amma “Çelenc Cup”da “Bakı” ilə “Lokomotiv” çıxışlarını davam etdirirlər. Onlar ayrı-ayrı yarımfinal cütündə çıxış edəcəklər. Ötən il analoji yarışı “Azərreyl” qazanmışdı. Necə fikirləşirsiz, 2 Bakı klubunun kuboku Azərbaycanda saxlamaq şansları varmı?
- Əlbəttə, onların şansları çox yüksəkdir. “Lokomotiv” qalib olmağa daha istəkli görünür. “Bakı”nın da çox yaxşı və güclü kollektivə malik olduğunu deməliyəm. Onların finalda oynaması üçün heç bir problemi yoxdur. Sadəcə, yarımfinalda rəqiblərini lazımınca analiz edib, düzgün taktika qurmaları lazımdır.
- Bəs Super Liqanın qalibinin hansı komanda olacağını proqnozlaşdırırsınız?
- Məncə, “Rabitə”yə Çempionlar Liqasında məğlubiyyət həm mənəvi, həm də psixoloji cəhətdən pis təsir edib. Çünki onlar mövsümün əvvəlində nəinki Azərbaycanda, hətta Avropada hamının gözündə favorit görünürdülər. Bundan əlavə, əgər “Rabitə”də oyunlar fərdi voleybolçular üzərində qurulursa, “Azərreyl” komanda halında mübarizə aparır. Lakin belə fikirləşirəm ki, çempionluq yarışı məhz “Azərreyl”lə “Rabitə” arasında gedəcək.
- Lakin Super Liqanın arxada qalan hissəsində yalnız “Rabitə” məğlub olmayıb və cəmi 2 setdə rəqibindən zəif olub...
- “Azərreyl” onlarla ilk oyunda tam heyətlə oynamırdı. Yəni qarşıdakı turlarda onların görüşü daha gərgin olacaq.
- Bakıda keçiriləcək “Dördlər finalı” ilə bağlı proqnozunuz necədir?
- Burada bütün klubları şanslı sayıram. Məncə, “Kann”, “Fənərbaxça” və “Dinamo” ilə müqayisədə “Villa Kortese” bir qədər zəif görünür. Kimsənin çempionluğunu da proqnozlaşdıra bilmərəm. Kağız üzərində “Fənərbaxça” güclüdür və onların qalib gəlmək şansları az deyil. Lakin burada psixoloji amil daha böyük rol oynayacaq. Çünki bu qadın voleyboludur. Psixoloji durum normal olmasa, qələbə qazanmaq çətindir.
- Yəqin ki, bir menecer kimi “Dördlər finalı”nı siz də canlı izləyəcəksiniz...
- Təbii ki. Burada Avropanın aparıcı menecerləri olacaqlar. Türkiyədən və İtaliyadan böyük menecerlər qrupu Azərbaycana gələrək, qarşılaşmaları salondan izləyəcəklər. Mən isə martın 20-də Bakıda olacağam.

0
0