“Azərreyl”in arzuladığı oyun
13.03.2012 - 16:20
“Azərreyl”in arzuladığı oyun
Sabah qadın voleybolçular arasında Azərbaycan Super Liqasının IV turundan təxirə salınan “Azərreyl” – “İqtisadçı” oyunu baş tutacaq. Apasport.az saytının məlumatına görə, “Gənclik” Olimpiya İdman Kompleksinin zalında keçiriləcək matçın aşkar favoriti “dəmiryolçular” hesab olunurlar.

Onlar həm də qələbə qazanmağa borcludurlar. Çünki Çempionlar Liqası ilə vidalaşan komanda uğursuzluğu məhz Super Liqa ilə sığortalamaq arzusundadırlar. Lakin bu oyun “İqtisadçı” üçün də böyük əhəmiyyət kəsb edir. Çünki legioner transferləri ilə ad çıxaran universitet komandası da CEV kuboku ilə vidalaşıb və son turlarda yenidən öz oyununu itirib. Onlar düşdükləri çətin vəziyyətdən çıxmaq üçün qalib gəlməli, ən azından iddialıların birinə “dişlərini” göstərməlidirlər. “İqtisadçı” xal itirməyəcəyi halda, ilk matçdakı məğlubiyyətin də revanşını almış olacaq.

14 mart
IV turdan təxirə salınan oyun


15:30. “Azərreyl” – “İqtisadçı”
İlk oyun: “İQTİSADÇI” – “AZƏRREYL” – 0:3 (16:25, 20:25, 24:26)
“Gənclik” Olimpiya İdman Kompleksi

1.Rabitə1010030-220
2.Azərreyl109129-1019
3.Bakı127526-1819
4.Lokomotiv105520-1515
5.İqtisadçı104613-2214
6.Azəryolservis112911-2813
7.Lokomotiv Biləcəri110111-3311