“Azərreyl” set üzünə həsrət qaldı - YENİLƏNİB
14.03.2012 - 16:49
Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasının IV turundan təxirə salınan “Azərreyl” – “İqtisadçı” oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, günün yeganə matçı “Gənclik” Olimpiya İdman Kompleksində baş tutub.
Qarşılaşmada “Azərreyl”in ilk oyundakı kimi asan qələbə qazanacağı gözlənilsə də, “tələbələr” buna imkan verməyiblər. Onlar Çempionlar Liqası ilə vidalaşaraq, uğursuzluğu məhz Super Liqa ilə sığortalamaq arzusunda olan “dəmiryolçular”ı meydana çıxmağa peşman ediblər – 3:0.
Bununla da ilk matçdakı məğlubiyyətin də revanşını alan “İqtisadçı” turnir cədvəlində 1 pillə də qabağa gedib. Lakin onların geridə qoyduqları “Lokomotiv” universitet komandasından 1 oyun az keçirib.
14 mart
IV turdan təxirə salınan oyun
“Azərreyl” – “İqtisadçı” - 0:3 (23:25, 15:25, 15:25)
İlk oyun: “İQTİSADÇI” – “AZƏRREYL” – 0:3 (16:25, 20:25, 24:26)
“Gənclik” Olimpiya İdman Kompleksi

1. | Rabitə | 10 | 10 | 0 | 30-2 | 20 |
---|---|---|---|---|---|---|
2. | Azərreyl | 11 | 9 | 2 | 29-13 | 20 |
3. | Bakı | 12 | 7 | 5 | 26-18 | 19 |
4. | İqtisadçı | 11 | 5 | 6 | 16-22 | 16 |
5. | Lokomotiv | 10 | 5 | 5 | 20-15 | 15 |
6. | Azəryolservis | 11 | 2 | 9 | 11-28 | 13 |
7. | Lokomotiv Biləcəri | 11 | 0 | 11 | 1-33 | 11 |
0
0