Təxirə salınan oyunun hakimi dəqiqləşdi
13.03.2012 - 17:39
Təxirə salınan oyunun hakimi dəqiqləşdi
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının IV turundan təxirə salınan “Azərreyl” – “İqtisadçı” oyununu idarə edəcək hakimlər briqadası məlum olub. Apasport.az saytının məlumatına görə, martın 14-də baş tutacaq qarşılaşmada ədaləti qorumaq beynəlxalq dərəcəli referi Konstantin Selinə həvalə edilib. Ona köməkliyi isə Murad Abdurəhmanzadə edəcək.

15:30. “Azərreyl” – “İqtisadçı”

AVF-nin nümayəndəsiRafiq AğayevBakı
I, II hakimlərKonstantin Selin
Murad Abdurəhmanzadə
Bakı
Şəki
Xətt hakimləriFuad Əliyev
Zaur Hacıyev
Səbuhi Əliyev
Yana Kuznetsova
Bakı
Bakı
Bakı
Bakı
KatibNona İsmayılovaBakı


Qeyd edək ki, matç “Sərhədçi” Olimpiya İdman Kompleksində keçiriləcək.