“Qorxduğum başımıza gəldi” - FOTO
15.03.2012 - 10:31
“Son günlər mən rahatlıq verməyən, düşüncəmi zəbt edən “Lokomotiv”lə oyun idi. Elə qorxduğum da başımıza gəldi”. Apasport.az saytının məlumatına görə, bunu Belçikanın “Gent” klubunun voleybolçusu Qus Elies deyib.
22 yaşlı toppaylayıcı “Çelenc Cup”ın yarımfinal mərhələsinin ilk matçında Bakının “Lokomotiv” klubuna 0:3 hesablı məğlubiyyətə münasibət bildirib. Eliesin sözlərinə görə, rəqibin güclü olması ilk görüşün taleyini həll edib: “Lakin biz hələ cavab oyununa böyük ümidlə baxırıq. Çünki Bakıda “Qızıl set”in olması da istisna deyil. Düzdür, səfər oyunun həlledici hissəsində böyük təzyiq altında oynamalı olursan. Düşünürəm ki, bizim qələbə üçün azca gücümüz çatmadı. Meydanda hər xal üçün əsəblərin mübarizəsi gedirdi. Azarkeşlər möhtəşəm oyun izlədilər, lakin sevinən qonaqlar oldu”.
Qeyd edək ki, “Lokomotiv” – “Gent” görüşü matın 18-də olacaq.

0
0