“Gent” üzərində qələbənin qəhrəmanı məlum oldu
15.03.2012 - 12:34
Qadın voleybolçular arasında “Çelenc Cup” turnirinin yarımfinal mərhələsinin “Gent” (Belçika) – “Lokomotiv” (Azərbaycan) görüşünün qəhrəmanı məlum olub. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular”ın ilk görüşdə 3:0 hesabı ilə qalib gəldiyi oyunun bombardiri amerikalı legioneri Nansi Metkalf olub.
O, “Gent”lə qarşılaşmada “Lokomotiv”ə 18 xal qazandırıb. Draqutin Baltiçin digər yetirmələri – Kremena Kamenova 11, Elişa Tomas 10, Aleksnadra Samoylova 9, İvana Miloş 5 və Diana Nenova 2 dəqiq zərbə vurublar.
Rəqib düşərgədə isə Els Van De Steene daha sərrast olub. Lakin onun topladığı 17 xal məğlubiyyətin kölgəsində qalıb.
Qeyd edək ki, komandalar arasında cavab matçı martın 18-də Bakıda olacaq.

0
0