“Hər 2 komanda səhvlərlə zəngin olsa belə, əla oyun göstərdi”
15.03.2012 - 13:29
“Bakı” voleybol klubunun baş məşqçisi Ancelo Vercesi “Çelenc Cup”ın yarımfinal mərhələsinin “Gent”lə ilk oyunu barədə fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, braziliyalı mütəxəssis səfərdə 3:0 hesabı ilə qalib gəldikləri görüşdə yetirmələrindən razı qalıb.
O bildirib ki, rəqib komanda güclü azarkeş dəstəyi altında çıxış etsə də, “Bakı” daha səhvsiz oynayıb: “Meydanda əsl voleybol izlədik. Hər 2 komanda səhvlərlə zəngin olsa belə, əla oyun göstərdi. Salondakı dəlisov ab-havaya baxmayaraq, rəqiblə bacaran oyunçularımdan razıyam. Onlar bizim planlarımıza uyğun oyun sərgiləyə bildilər”.

0
0