“Komandamın göstərdiyi oyuna şərh vermək çətindir”
15.03.2012 - 13:52
“Komandamın göstərdiyi oyuna şərh vermək çətindir”
“Bu, inanılmazdır. Son həftədə komandamın göstərdiyi oyuna şərh vermək çətindir. Hətta ölkə çempionatında 5-ci yerdə möhkəmlənib, pley-offa vəsiqəni təmin etsək də”. Apasport.az saytının məlumatına görə, bunu Almaniyanın “Zuhl” voleybol klubunun baş məşqçisi Feliks Kozlovski deyib.

O, “Çelenc Cup”ın yarımfinal mərhələsinin ilk matçında “Bakı” ilə qarşılaşmada 0:3 hesablı məğlubiyyətdə birbaşa yetirmələrini günahkar sayıb: “Komandamızda oyunçularla bağlı müəyyən problemlər var. Onlar kluba tam layiq oyun göstərmirlər. Bunun da nəticəsində “Bakı” ilə qarşılaşmada həddən artıq çox sayda səhvə yol verdilər. “Bakı” kimi güclü və təcrübəli voleybolçulardan qurulmuş oyunda bunu etmək olmaz. Bütün bunlara baxmayaraq, finala çıxmaq şanslarımız hələ də qalır. Çünki hələ qabaqda cavab görüşümüz var”.