Almaniyada “Bakı”nı sevindirən braziliyalı - FOTO
15.03.2012 - 15:20
“Çelenc Cup”ın yarımfinal mərhələsinin “Zuhl” (Almaniya) – “Bakı” (Azərbaycan) görüşündə ən çox xal toplayan voleybolçunun adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan komandasının 3:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada bombardir adını rəqib düşərgədən Martina Utla qazanıb.
Lakin onun topladığı 17 xal “Zuhl”un 1 setdə belə qələbəsinə kömək etməyib.
Ancelo Vercesinin yetirmələrindən Barboza Cibele məhsuldarlığı ilə fərqlənib. Braziliyalı legionerimiz Utladan 1 xal az toplayıb. Paytaxtın eyni adlı klubunun digər voleybolçularına gəlincə, İnqrid Visser, Rafaella Kalloni və Reqan Hud hərəyə 8, Renata Kolombo 7 və Bilyana Gliqoroviç 3 dəfə rəqibi məyus edib.
Qeyd edək ki, “Bakı” – “Zuhl” matçı martın 18-də Bakıda keçiriləcək.

0
0